IronStats

BG haqqında

Təmizlik və bina təsərrüfatının idarə edilməsi üzrə xidmətlər sahəsində iyirmi ilə yaxın təcrübəyə malik BG Təmizlik Sistemləri bu günlərdə Azərbaycanın ən tanınmış təmizlik şirkətlərindən birinə çevrilmişdir.
Bizim mükəmməlliyə doğru çalışmağımızın nəticəsində BGSC 1995-ci ildə qurulduğundan etibarən əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Biz hazırda istənilən növ binanın gündəlik təmizlik və idarə edilməsi üzrə geniş çeşidli xidmətləri təmin edirik.
Hər sektorda müştərilərlə davam edən biznes əlaqələri bizə hər obyektin ehtiyacını qarşılamaq üçün xidmətlərinin geniş seçimini yaratmağa imkan vermişdir.
Biz döşəmə təmizliyi və qulluğu, xalça təmizliyi və qulluğu, pəncərələrin yuyulması, anbar xidməti, qasid xidmətləri və sənaye sahələrinin təmizliyi kimi xidmətlərlə məhdudlaşmayan standart gündəlik təmizlik üzrə və xüsusi təmizlik xidmətlərinə dair müxtəlif həllər təklif edirik.
Layiqli xidmət illəri ərzində biz nəzakətli, dürüst və ədalətli olmağımızla tanınmışıq. Bizim bütün əməkdaşlarımıza səmimiyyət, peşəkarlıq, dürüstlük və etibarlılıq kimi dəyərlərin mühümlüyü aşılanır.
BG Azərbaycan haqqında
Baxmayaraq ki, biz Asiya, Afrika, Avropa və Yaxın Şərqdə yerli nümayəndələri olan qlobal bir şirkətik, 2013-cü ildən Azərbaycanda da xidmətlər təklif etməyə başladıq.
BGCS Azərbaycan üzrə Baş Françayzor vasitəsilə biz kommersiya və yaşayış sahələrində xidmətlərimizi genişləndirmək imkanı əldə etmişik. BG Təmizlik Sistemləri olaraq biz yalnız ən qabaqcıl avadanlıqlardan istifadə etməklə, peşəkar əməkdaşlarımızdan işlərin vaxtında və səmərəli şəkildə yerinə yetirilməsini tələb edirik.
Biz öz vəzifələrimizi yerinə yetirərkən bütün təmizlik protokoluna və tam məxfiliyə daim əməl edərək tam qaneedici xidmətin təmin olnması üçün təlim keçmiş əməkdaşlarımızla fəxr edirik.
Bizim məqsədimiz xidmətlər portfelini daim yaxşılaşdırmaq və ən yaxşı təmizlik şirkəti olmaqdır.
Təklif etdiyimiz təmizlik xidmətləri haqqında daha ətraflı məlumat üçün, bu gün bizə müraciət edin:
Əhməd Rəcəbli 19/5
AZ1052 Nərimanov rayonu,
Bakı, Azərbaycan.
Tel : +994 (12) 555 66 54
Email: azerbaijan@bgcleaning.com

 

 

 

.

 

 

 

 

 

 

 

 

 

Visit Us On TwitterVisit Us On FacebookCheck Our Feed