IronStats

Xüsusi təmizlik xidmətləri

Bəzən sizin müəssisənin tam şəraitli və təmiz saxlanması üçün sadəcə ənənəvi gündəlik təmizlik xidmətindən daha artığı lazım ola bilər. BG istənilən şirkətin xüsusiyyətlərinə uyğunlaşdırılmış geniş çeşidli həssas təmizlik xidmətləri təklif edir.

Təmizlik sahəsində 20 illik təcrübə ilə BG Təmizlik Sistemləri münasib qiymətə səmərəli və effektli təmizlik xidmətləri göstərən bir şirkət kimi ad qazanmışdır.

Bizim çalışqan tam təlim keçmiş və təchiz edilmiş əməkdaşlarımız Bakıda aşağıda qeyd olunmuş xüsusi xidmətləri təklif edir:

Bərk səthli döşəmə təmizliyi və cilalanması

BG Təmizlik Sistemləri bərk səthli döşəmələri olan şirkətlərə döşəmələrin təmizlənməsi, fırçalanması, cilalanması, qaşınması və bərpa edilməsi üzrə xüsusi xidmətlər təklif edir.

Döşəmələrin Fırçalanması və Cilalanması

Döşəmələri kiçik cızıq və sürtünmələrdən qorumaq üçün onların mütəmadi fırçalanması və cilalanması vacibdir. Biz döşəmələrin davamlılığını nəzərə çarpacaq dərəcədə uzun müddətli və sərfəli şəkildə təmin etmək məqsədilə onların qorunması və cilalanması üçün xüsusi avadanlıqlardan istifadə edirik.

Döşəmələrin Qaşınması və Bərpa edilməsi

Bəzən döşəmənin vəziyyəti o dərəcədə bərbad olur ki, onun əvvəlki vəziyyətə qaytarılaması üçün köhnə cilalı qatın tamamilə çıxarılması zəruridir. Biz döşəmənin köhnə cilalı qatınının qaşınaraq çıxarılması və yeni qatın əlavə edilməsi üzrə xidmət təklif edirik.

Cilalama və Bərpa

Biz döşəmələri tamamilə və ya ayrıca ləkələnmiş hissələrini, cilalama cihazlarının ən son modellərindən istifadə etməklə əvvəlki parlaq vəziyyətinə qaytara bilərik. Mütəmadi planlı cilalama uzun müddət üçün döşəmələrin aşınmasının qarşısını alır. Döşəmələrin planlı və ya ehtiyac olduqca cilalanıb bərpa edilməsi onların uzun müddət ərzində qorunub saxlanması və gələcəkdə dəyişdirilməsi ilə əlaqədar yaranacaq məsrəflərin qarşısının alınmasını təmin edir!

 

Daş döşəmələrin bərpası və qulluğu

Təbii daş döşəmələrin döşənməsi gözü oxşayan və bahalıdır, buna görə onlara qulluq edilməsi sizin onlara sərf etdiyiniz vəsaitin qorunması baxımından zəruridir. Biz sizin daş döşəmələrinizin uzun illər yaxşı vəziyyətdə qalması üçün dərin təmizlik, kipləşdirmə və doldurulması üzrə xidmətləri təmin edirik.

Kirəmit döşəmələrin bərpası və qulluğu

Sizin döşəmələr kirəmit və ya mozaikadırsa, biz onların uzun müddət yaxsı vəziyyətdə qalmasını təmin edəcək təcrübəyə və zəruri avadanlıqlara sahibik.

 

Mərmər/Qranit döşəmələrin bərpası və qulluğu

Mərmər və qranit döşəmə zövq və zəriflik hissinin göstəricisidir. Lakin onların zədələnməsi halında təmir və ya bərpa edilməsi baha başa gəlir. BG Təmizlik Sistemlərinin döşəmələrin bərpa edilməsi və təmizliyi sahəsində təcrübəsindən yararlanmaqla siz döşəmələrin gələcəkdə zədələnməsinin qarşısını almağa nail ola bilərsiniz.

 

Xalçaların təmizlənməsi və qulluğu

Xalçalarda daim çirk və toz toplanır. Onların təmiz olmasını təmin etmək daimi səy tələb edir. Siz onları təmiz saxlaya bilməsəniz, onlar tezliklə çirkli və baxımsız olacaq və surətli aşınma onların tez bir zamanda dəyişdirilməsi zərurətini yaradacaq. Biz sizin xalçalarınızın sanki yeni alınmış kimi görsənməsi üçün ən qabaqcıl avadanlıq və təmizləmə üsulları tətbiq edirik.

 

BG Təmizlik Sistemləri istənilən növ döşəmələrin bərpa edilməsi, qorunması. mühafizəsi üçün ən yaxşı və tam həlləri təmin edən döşəmə təmizliyi və qulluğunda ilkin mənbədir.

 

Daha ətraflı məlumat üçün Döşəmələrə qulluq səhifəsinə baxa bilərsiniz!

Pəncərə təmizliyi

Bizim istənilən növ şüşələrin, o cümlədən kommersiya və yaşayış binalarının şüşələri, ofis arakəsmələri və güzgüləri təmizləmək üçün avadanlığımız və personalımız vardır. İllər ərzində biz bir çox obyektin şüşələrini parlaq və şəffaf etmişik. Şüşələrin təmiz saxlanması gələcək müştərilərin, ziyarətçilərin və ötüb keçənlərin diqqətini cəlb etmək üçün çox mühüm rol oynayır. Əgər sizin şirkətin pəncərələri təmiz deyilsə, bu səliqəsiz imicin göstəricisidir. Biz sizə geniş çeşidli şüşə təmizliyi xidmətləri vasitəsilə müəssisənizin müsbət imicini sərgiləməkdə kömək edə bilərik.

Əgər Siz Azərbaycanda təcrübəli pəncərə təmizliyi şirkəti axtarırsınızsa BG Təmizlik Sistemləri ən ideal seçimdir.

Sənaye sahələrinin Təmizliyi

Bizim sənaye ilə yaxın tanışlığımız, ağır avadanlıq və yaxşı hazırlanmış personalımız bizə başqa şirkətlərin boyun qaçırıdğı çətin sənaye təmizliklərini yerinə yetirilməsinə imkan verir. İstənilən binanın istismara verilməsi  zamanı biz yüksək keyfiyyət standartlarını təmin etmişik.

Ümumi təmizlik

Gözlənildiyi kimi biz həmçinin divar/tavan təmizliyi, mətbəx təmizliyi (dolablar, mətbəx taxtaları, sobalar və sair daxil olmaqla), tualetlərin gündəlik təmizliyi və sair ümumi təmizlik xidmətləri təmin edirik. Müəssisənizi optimal vəziyyətə necə gətirmək üçün BG –yə ya zəng edin və ya elektron məktub yazın!

Visit Us On TwitterVisit Us On FacebookCheck Our Feed