IronStats

Kompleks xidmətlər

Biz anlayırıq ki, hər bir müəssisə və şirkətin təmizlik işlərinə dair müxtəlif qayda və şərtləri var. Bu da öz növbəsində bizi hər bir fərdi müştərinin təmizlik ehtiyaclarının müəyyən edilməsi və təmin edilməsində fərdi yanaşmanın tətbiq edilməsinə sövq edir. Biz təmizlik sahəsində olan 20 illik təcrübəmiz sayəsində müştərinin büdcəsinə və fəaliyyət sferasına uyğun uğurlu təmizlik strategiyasının hazırlanmasında dərin biliklərə yiyələnmişik.
BG Təmizlik Sistemləri ciddi keyfiyyət standartlarına riayət edərək aşağıdakı bina təsərrüfatının idarə edilməsi üzrə xidmətləri təklif edir:
Ofis üzrə köməkçi xidmətlər – bizim işçilərimiz sizin idarə etmə personalının öz mühüm işləri üzərində diqqətini cəmləmək üçün digər kiçik həcmli köməkçi işləri yerinə yetirilməsində iştirak edə bilər.
Anbar xidmətləri – biz sizin tələblərinizə uyğun ofis anbar xidmətlərini təmin edə bilərik, bundan başqa biz sizin işçilərinizin öz əsas işləri üzərində diqqətlərini cəmləşdirmək və əmək məhsuldarlığını artırmağa yardımçı olmaq üçün yemək və içmək xidmətini təmin edə bilərik.
Kuryer xidməti – Biz məlumatların məxfiliyinə xələl gətirmədən, təhlükəsiz və sürətli göndərişləriniz üçün xüsusi təlim keçmiş qasidlər təklif edirik.
Tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi – sizə məxsus dayanacaqlar, foyelər, ofis sahələri və müəssisənizin digər sahələrinin tullantılardan təmizlənməsi üzrə xidmətlər təklif edirik. Biz həmçinin mütəmadi olaraq sizin müəssisənizin ərazisində olan zibil qutularının və tullatıların müəyyən olunmuş yerlərə boşaldılması, qutuların
zibil torbaları ilə təmin olunmasını həyata keçirə bilərik.
Pəncərə yuyulması/Şüşə təmizlənməsi – biz sizi təkcə pəncərələrinizin deyil, həm də bütün şüşə səthlərin təmizlənməsinə əmin edə bilərik. Biz sizin güzgülər, şüşə ofis arakəsmələri, pəncərələr və digər şüşə səthlərin təmizlənməsinə yüksək keyfiyyətli təmizləyici alət və maddələrdən istifadə etməklə nail oluruq.
Landşaft xidmətləri – biz sizin həm daxili həm də xarici bitkilərinizin sulanmasını, onlara zəruri qulluğu təmin edə bilərik.
Fərdi Xidmətlər – əgər yuxarıda qeyd edilmiş təsərrüfatın idarə edilməsi üzrə xidmətlərdən hər hansı birinin sizin müəssisənizdə həyata keçirilməsi zəruridirsə, çəkinmədən bizimlə əlaqə saxlayın və biz böyük məmnuniyyətlə sizin tələblərinizin qarşılanması üçün sizə uyğun fərdi həlləri sizinlə birlikdə çalışaraq hazırlayaq.

Visit Us On TwitterVisit Us On FacebookCheck Our Feed