IronStats

Şirkətlər

Biz hər növ yaşayış və kommersiya binaları üçün geniş seçimli təmizlik və təsərrüfatın idarə edilməsi üzrə xidmətlər təqdim edirik. BG 20 ilə yaxınıdr ki, sənayenin bütün sahələrində olan şirkətləri fərdi həllərlə təmin edir.

Bizim əməkdaşlarımıza hər zaman dürüstlük, məxfilik və nəzakətli olmaq ciddi olaraq aşılanır. Bizim müştərilərimiz bizə etibar edir çünki, biz işlərimizi layiqli və səmərəli şəkildə yerinə yetiririk. Biz xidmət göstərdiyimiz hər bir şirkətlə qarşılıqlı faydalı və uzun müddətli işgüzar əlaqələr qurmağa çalışırıq.

BG şirkətlər üçün aşağıdakı təmizlik xidmətlərini təklif edir:

• Gündəlik təmizlik;
• Ev və təsərrüfat təmizliyi;
• Dərin Təmizlik;
• Təzyiqli yuma;
• Ümumi təmizlik;
• Pəncərələrin yuyulması;
• Xalçaların təmizlənməsi və qulluğu;
• Üzlüklərin təmizlənməsi;
• Döşəmələrin cilalanması və bərpası;
• Bərk səthli döşəmələrə qulluq;
• Anbar xidmətləri;
• Kuryer xidmətləri;
• Meydanların təmizlənməsi;
• Bitki/landşaftın təmizlənməsi və sulanması;
• Parkinqlərin təmizlənməsi;
• Tullantıların toplanması və idarə edilməsi;
• Fərdi təmizlik xidmətləri;

Biz hər bir şirkətin özünə məxsus təmizlik ehtiyaclarının olmasını bilirik, ona görə də hər bir müştərinin xüsusi tələblərinin dəqiq qiymətləndirilməsi və qarşılanması üçün əlimizdən gələni edirik. Biz sizin ehtiyaclarınıza uyğun gələn təmizlik xidmətlərinin müəyyən olunması üçün pulsuz məsləhətlər təklif edir və təklifimizə cavab verilən zaman fərdi hazırlanmış fəaliyyət planını təqdim edirik. Bizim müştərilərimizin rəy və ehtiyaclarının birinci növbədə qiymətləndirməyimiz bizə etibarlı, güvənli və nüfuzlu təmizlik şirtkəti adını qazandırmışdır.

Bakı BG Təmizlik Sistemləri Azərbaycanda təmizlik və bina təsərrüfatının idarə edilməsi üzrə xidmətlərin ən yüksək səviyyədə təminatçısıdır. Bizimlə bugün əlaqə saxlayın və sizin şirkətinizin təmizliyinin təmin olunması və təsərrüfatının idarə edilməsində necə yardımçı ola biləcəyimizi öyrənin!

 

Visit Us On TwitterVisit Us On FacebookCheck Our Feed